Xankəndinin bu qəsəbəsinə ilk köç oldu

20-12-2025, 14:02 9 dəfə baxılıb

 

Uzun illərdir Gəncə şəhərinin müxtəlif yataqxanalarında məskunlaşan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri doğma yurd-yuvalarına qayıdır.

“Azerinews.az”ın məlumatına görə, artıq bu gündən 21 ailənin köçü başlayıb.

Dünən həmin ailələrin yükləri və ev əşyaları qəsəbəyə göndərilib. Bu gün isə özləri Kərkicahan qəsəbəsinə yola salınıb.

Gəncə ilə yanaşı, ölkəmizin digər şəhər və rayonlarında məskunlaşan Kərkicahan qəsəbə sakinləri mərhələli şəkildə öz tarixi yurdlarına geri dönəcəklər.

Qeyd edək ki, bu, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə əhali qismində ilk köçdür.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930