Ermənistanda azərbaycanlılara məxsus qəbir abidələrinin vəziyyəti sənədləşdirilir

22-12-2025, 13:38 5 dəfə baxılıb

 

Tədqiqat mərkəzimizin məqsədi Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsin, xüsusilə qəbir abidələrinin vəziyyətini sənədləşdirmək və həyata keçirilən diskriminasiya siyasətinin onların durumuna təsirini qiymətləndirməkdir.

"Azerinews.az" xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Xalid Niyazov “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.

“Araşdırmalar göstərir ki, Ermənistan yalnız işğalçı dövlət deyil, həm də mədəniyyətə qarşı sistemli soyqırımı həyata keçirən bir aktordur. Hər bir millətin etnik kimliyini müəyyən edən mənəvi, ruhani, maddi və mədəni dəyərləri qorunmalıdır. Qəbir abidələrinin dağıdılması isə birbaşa olaraq xalqın tarixi yaddaşına, mənəviyyatına və mədəni irsinə qarşı yönəlib", - deyə X.Niyazov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930