Məlahət İbrahimqızı: Qərbi Azərbaycana qayıdış həm də tarixi ədalət məsələsidir

22-12-2025, 13:39 7 dəfə baxılıb

 

Dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi ilə seçilən Prezident İlham Əliyev çox dəqiq anlayırdı ki, İrəvanın, Zəngəzurun və bütövlükdə Qərbi Azərbaycanın açarı Qarabağdan, xüsusilə də Xankəndidən keçir. Qarabağ məsələsi həll olunmadan Qərbi Azərbaycana qayıdışın mümkün olmadığını da məhz bu baxış formalaşdırırdı.

"Azerinews.az" xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.

O bildirib ki, Qərbi Azərbaycana qayıdış bizim üçün həm də tarixi ədalət məsələsidir. "Bir əsr ərzində dörd dəfə deportasiyaya məruz qalmış xalq olaraq etnik təmizləmə və soyqırımı ilə barışmaq niyyətində deyilik. Qərbi Azərbaycanda babalarımızın, ailə üzvlərimizin məzarları var və biz bu irsə sahib çıxacağıq. Bu iradənin canlı nümunəsini biz Qarabağda gördük. Eyni əzm və inamla, sülh yolu ilə Qərbi Azərbaycana qayıdış prosesində də ön sırada məhz Azərbaycan gəncləri olacaq",- deyə M.İbrahimqızı vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930