Tələbələrə narkomanlığın fəsadları barədə məlumat verilib

23-12-2025, 12:22 7 dəfə baxılıb

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 nömrəli Bakı Tibb Kollecində narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.


"Azerinews.az" xəbər verir ki, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri və Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.


Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930