Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir

28-12-2025, 17:20 5 dəfə baxılıb

 

Mütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeksiyaları zamanı isti vanna qəbul etməyin riskli olduğunu bildirirlər. həkimlərin sözlərinə görə, isti su bədən temperaturunu daha da yüksəldə, ürək-damar sisteminə əlavə yük sala və halsızlığı artıra bilər.

"Azerinews.az" xəbər verir ki, qrip zamanı orqanizm artıq infeksiya ilə mübarizə apardığından, isti vanna damarların genişlənməsinə səbəb olur. Bu isə başgicəllənmə, təzyiqin düşməsi, hətta huşun itirilməsi riskini artıra bilər. Xüsusilə yüksək hərarət, ürək problemləri və zəiflik olan şəxslər üçün isti vanna daha təhlükəli sayılır.

Həkimlər bildirirlər ki, bu dövrdə gigiyena məqsədilə ilıq su ilə qısa müddətli duş daha məqsədəuyğundur. Eyni zamanda bol maye qəbulu, istirahət və həkim məsləhəti ilə müalicə əsas şərt hesab olunur.

Qeyd olunur ki, hərarət normallaşdıqdan və ümumi vəziyyət yaxşılaşdıqdan sonra isti vanna qəbul etmək mümkündür. Ancaq xəstəlik dövründə bu cür addımlar sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930