Yeni ilə dair hədiyyə qutularında nöqsanlar aşkarlandı

30-12-2025, 17:21 6 dəfə baxılıb

 

Ticarət şəbəkələrində satışa çıxarılan Yeni il ilə bağlı hədiyyə qutuları və məhsullar üzrə monitorinqlər davam etdirilir.

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin 11-27 dekabr tarixlərində keçirilən yoxlamalar zamanı 347 sahibkarlıq subyektində 21182 məhsula baxış keçirilib. Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün qeyd aparılmadığı müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3068 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930