Vərəmə yoluxma halları son 15 ildə əhəmiyyətli dərəcədə azalıb

31-12-2025, 12:09 4 dəfə baxılıb

 

2010-2024-cü illərdə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən vərəmə yoluxma halları 28.1 bənd azalaraq 25.6 təşkil edib. 2010-cu illə müqayisədə 2024-cü ildə bu göstərici kişilər arasında 46.1 bənd azalaraq 33.7-yə, qadınlar arasında isə 10.5 bənd azalaraq 17.7-yə enib.

"Azerinews.az"  rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydiyyata alınan 2 617 xəstənin 1 712 nəfəri və ya 65.4 faizi kişi, 905 nəfəri və ya 34.6 faizi qadın olub.

Yaş qrupları üzrə bölgüyə gəldikdə isə, 2024-cü ildə vərəmə yoluxma halları ən çox 15-49 yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyasında 1 612 nəfər xəstə qeydiyyata alınıb. Ən az yoluxma halı isə 0-14 yaş qrupunda olub və bu göstərici 153 nəfər təşkil edib.

Əhali arasında vərəm xəstəliyinin yayılma səviyyəsini ölçmək üçün hər 100 min nəfərə düşən yeni yoluxma halları göstəricisindən istifadə olunur. Bu göstərici il ərzində vərəmə yeni yoluxanların (residiv hallar istisna olmaqla) sayının əhalinin ortaillik sayına nisbətinin 100 min nəfərə vurulması yolu ilə hesablanır.

Vərəm insan orqanizminin müxtəlif üzvlərində yayıla bilən, spesifik iltihabi dəyişikliklərə səbəb olan yoluxucu xəstəlikdir. Hazırda da dünya üzrə ən təhlükəli infeksiyalardan biri hesab olunur və əsasən əmək qabiliyyətli əhali qrupuna təsir göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930