Azərbaycanda qərar masasında qadınların sayı artır

31-12-2025, 15:55 7 dəfə baxılıb

 

2010-cu illə müqayisədə 2024-cü ildə qadınların Milli Məclisdə tutduğu yerlərin xüsusi çəkisi 4.8 faiz artaraq 20.8%-ə çatıb. 125 üzvdən ibarət parlamentdə 26 qadın deputat fəaliyyət göstərir.

"Azerinews.az"  rəsmi məlumatlara istinadən xəbər verir ki, son 15 ildə yerli özünüidarəetmə orqanlarında (bələdiyyələrdə) qadınların iştirakı da artıb. 2025-ci ildə 8 min 66 seçilmiş bələdiyyə üzvündən 3 min 148-i qadın olub ki, bu da 39%-lik göstərici deməkdir. 2014 və 2019-cu illərlə müqayisədə artım sırası ilə 4 və 0.2 faiz bəndi təşkil edir.

Qadınların rəhbər vəzifələrdə iştirakı da diqqət çəkir. 2010-cu illə müqayisədə 2024-cü ildə qadınların idarəetmədə və orta səviyyəli rəhbərlikdə xüsusi çəkisi 10.7 faiz bəndi artaraq 36.2%-ə yüksəlib. 2024-cü ildə rəhbər vəzifələrdə çalışan qadınların sayı 23 651 nəfər olub ki, bu da 2023-cü ilə nisbətən 2.9% çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930