Hava sabahdan mülayimləşir - Temperatur yüksələcək

2-01-2026, 13:18 5 dəfə baxılıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir.

Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənir.

Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031