Bu ərazilərdə 16 dərəcə şaxta var

2-01-2026, 15:35 8 dəfə baxılıb

 

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında sulu qar, Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy, Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik, İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran, Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isə yağış yağır.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Mingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23, Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031