Şamaxıda buzlu yolda köməksiz qalan İKİSİ UŞAQ OLMAQLA beş nəfər xilas edildi

2-01-2026, 20:24 5 dəfə baxılıb

 

Şamaxı rayonunda yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyinə cəlb olunublar.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BAIC markalı minik avtomobilində beş nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi uşaq olmaqla beş nəfərə müvafiq köməklik göstərilib", - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031