“Ağsu perevalı” yenə buz bağladı

3-01-2026, 14:07 4 dəfə baxılıb

 

Ötən gün yağan qardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bir qədər çətinləşsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası vasitəsilə hərəkət bərpa edilmişdi.


“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, gecə saatlarından havanın şaxtalı olması səbəbindən yolun Ağsu aşırımından keçən hissəsi buz bağlayıb.


Yolun enişli-yoxuşlu, sərt döngəli hissələri hərəkət üçün təhlükəyə çevrilib. Yolun buz qatından təmizlənməsi üçün ərazidə işlər aparılır, qum-duz qarışığı səpilir. Avtomobilində texniki problemi olan, həmçinin yolda hərəkət etməyə ehtiyat edən bir neçə avtomobil yolun kənarında qalıb.


Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol və post-patrul xidməti ərazidə fasiləsiz xidmət aparır. Yolda qalan sürücülərə köməklik göstərilir, digər hərəkət iştirakçılarının hərəkətinə mane olunmamasına çalışılır.


Ötən gün çətinliyin yarandığı Muğanlı-İsmayıllı avtomobil yolu da qardan təmizlənib, yolun hər iki zolağı üzrə hərəkət etmək mümkündür. Gecədən etibarən bölgədə qarın yağması dayanıb. Hazırda bölgədə günəşli hava hökm sürür. Paytaxtdan bölgələrə, həmçinin əks istiqamətlərdə avtomobillərin hərəkəti davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930