Şuşakənd ilk əsgərini qarşılayıb

5-01-2026, 12:14 6 dəfə baxılıb

 

Xocalı rayonunun Şuşakəndi ilk əsgərini qarşılayıb.


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən


"Azerinews.az"ın verdiyi məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.


Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları Vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.


Qeyd edək ki, əsgər Famil Hüseynov Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb. Valideyinlər üçün bu görüş həm övlad, həm də torpaq həsrətinin bitdiyi an olub. Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Kamal Hüseynov da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb.

Şuşakənddə ilk əsgərin qarşılanması azad edilmiş ərazilərdə həyatın bərpasının canlı göstəricisidir. Bu gün bu torpaqda dalğalanan bayraq, yaşanan sevinc, insanların üzündəki təbəssüm sabaha olan inamı daha da möhkəmləndirir. Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi yaddaşlara yazılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930