Sevinc Kərimova dəfn olundu - Fotolar

8-01-2026, 14:45 7 dəfə baxılıb

 

Ötən gün dünyasını dəyişən, “Karvan” musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilib.

“Azerinews.az” Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi mərhumun evində baş tutub.

Vida mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

Daha sonra o, Qala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Sevinc Kərimova ötən gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930