“Azərbaycanla bağlı bu məlumat yalandır” - ABŞ Səfirliyi

15-01-2026, 14:35 8 dəfə baxılıb

 

"ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”.

“Azerinews.az” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşım edib.

“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarını verilməsini müvəqqəti olaraq dayandırıb. Sözügedən ölkələr siyahısında Azərbaycan da var. Qərar yanvarın 21-dən qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930