General-leytenant təqaüdə göndərildi

7-02-2026, 11:36 8 dəfə baxılıb

 

Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.

B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.

Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Dünən məlumat verdiyimiz kimi artıq həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031