Yağıntılı hava ilə bağlı sürücülərə - Xəbərdarlıq

10-02-2026, 09:40 11 dəfə baxılıb

 

Hazırda ölkəmizdə yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava şəraiti müşahidə olunur.

“Azerinews.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

“Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.

Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər”, - məlumatda deyilir.

İdarə bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli davranmağa, diqqətli olmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırıb:

“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək və ayıq-sayıq olmaq, mümkün təhlükələrin qarşısını almağın əsas şərtidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031