Bugün Xızı Nəbi bayramı qeyd edilir.

13-02-2024, 16:14 11 dəfə baxılıb

 

Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur[1], Xızır peyğəmbərlə eyniləşdirilir.

Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.

 Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı adı ilə tanınır.

Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, türk xalqları arasında daha geniş yayılıb.

  Azərbaycan folklorunda Xızırla bağlı inamlar da sayca üstünlük təşkil edir.

Bugün Xızır Nəbi bayramını Gürcüstan azərbaycanlıları və Naxçıvan sakinləri qeyd edir.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930