Biləsuvar rayon 4 nömrəli tam orta məktəbdə yanğın hadisəsi baş verib

15-02-2024, 16:10 1 dəfə baxılıb

 

“Azerinews.az” xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:45 radələrində Biləsuvar rayon 4 nömrəli tam orta məktəbin binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət dərhal təxliyə edilib, yanğın söndürülüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətt”inə məlumat verilib.

Qeyd edək ki, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb. Hazırda məktəbdə tədris prosesi davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930