Şirvanda 5 nəfər dəm qazından zəhərləndi
Şirvanda 5 nəfər dəm qazından zəhərlənib.
“Azerinews.az” xəbər verir ki, məlumata görə, onlar bir ailənin üzvüdürlər.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“Fevralın 25-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə dəm qazından zəhərlənməsi ehtimalı ilə 5 nəfər daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”.