Ağır xəstəlikdən əziyyət çəkən Cavanşir Quliyev Bakıya qayıdıb

27-02-2024, 13:43 6 dəfə baxılıb

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Bakıdadır.

"Azerinews.az" əldə etdiyi məlumata görə, bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb. Vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.

Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Əməliyyatı uğurlu keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930