Qubada evdə partlayış olub: Ana və qızı xəsarət alıblar

28-02-2024, 11:22 5 dəfə baxılıb

 

Qubanın Talabıqışlaq kəndində evdə baş verən partlayış zamanı iki nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində xəsarət alan Humay Əliyeva və onun qızı Şükran Atayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Quba Müalicə Diaqnostika Mərkəzində müalicə alan yaralılar bədənlərinin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.

İlkin ehtimala görə, hadisə qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. Dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930