sabiq deputat Şəmsəddin Hacıyev keçmiş kürəkənin ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə halı pisləşib

28-02-2024, 16:48 7 dəfə baxılıb

 İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin səhhəti pisləşib.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib.

Belə ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. 

Seymur Orucovun eks-həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev keçmiş kürəkənin ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.

Toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb.

Bu xəbərdən sonra sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir. 

Qeyd edək ki, S.Orucovun birinci evlilikdən dörd övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930