Dəm qazından ölən ana və övladlarının - Fotosu

12-03-2024, 11:21 2 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, dünən Masallı rayonu Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.

məlumata görə, dünyasını dəyişən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031