İşğaldan azad edilən ərazidə həlak olan polislər dəfn edildilər - FOTO

14-03-2024, 11:04 4 dəfə baxılıb

 

Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.

“Azerinews.az” xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib.

Vəfat edən polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.

Abid Mustafazadənin dəfnindən fotoları təqdim edirik:













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930