Xankəndi yolundakı qəzada xəsarət alan PFL prezidenti yenidən əməliyyat olundu

18-03-2024, 12:11 103 dəfə baxılıb

 Xankəndi şəhəri istiqamətindəki yolda avtomobil qəzası nəticəsində ağır xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunub.

Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O, əməliyyatın uğurlu keçdiyini bildirib:

“Hər şey qaydasındadır. Reabilitasiya davam edəcək, bundan sonra tam bərpa dönəminə keçirlər. Düşünürəm ki, bir müddət sonra onun ayağa qalxmasına çalışacaqlar. İndi də ayağa qaldırırlar, amma çox qısa müddətə. Həkimlərin dediyinə görə, hər şey qaydasındadır və proseslər onların istədiyi yöndə davam edir”.

PFL rəhbəri Türkiyədə bir neçə dəfə cərrahi müdaxiləyə ehtiyac duyub.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930