Sabah havanın temperaturu 21 dərəcəyədək artacaq

27-03-2024, 12:32 84 dəfə baxılıb

Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Azerinews.az" Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə xəbər verir ki, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930