İt dişləyən azyaşlı bir ay sonra evə buraxıldı

2-04-2024, 11:32 132 dəfə baxılıb

 

Bir ay əvvəl Abşeron rayonu Qobu qəsəbəsində itin dişləməsi səbəbindən ağır xəsarətlər alan azyaşlının stosionar şəraitdə müalicəsi başa çatıb.

Kliniki Tibbi Mərkəzdən (KTM)  bildirilib ki, it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq müalicədən sonra bu gün evə buraxılıb.

Bildirilib ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsinin uzman həkimi Fuad Məmmədov və Cərrahi reanimasiya şöbələsinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən  azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930