Xocavənddəki qəzada yaralananların sayı artıb

3-04-2024, 13:15 152 dəfə baxılıb

 

Xocavənd rayonunda baş verən qəza ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib.

 

"Azerinews.az" ın məlumatına görə, Bərdə RMX-dan bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4 kişi, 7-i qadın) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

 

Xatırladaq ki, Xocavənd rayonunda mikroavtobus aşıb. Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan "Mersedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib.Nəticədə mikroavtobus aşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930