Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi

5-04-2024, 11:10 264 dəfə baxılıb

 

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Rza Cavadxani uzun müddətdir yaşadığı ABŞ-də dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, mərhumun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır.

Qeyd edək ki, Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi olan Rza Cavadxani 2007-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930