Bu gecə sonuncu Qədr gecəsi olacaq

5-04-2024, 11:24 215 dəfə baxılıb

 

Aprelin 5-dən 6-na keçən gecə Ramazan ayının ehtimal edilən sonuncu Qədr (əhya) gecəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin bu il üçün tərtib etdiyi Ramazan təqviminə görə, Qədr gecələri martın 28-nə, 30-na, aprelin 1-nə və 5-nə düşüb.

Qədr gecəsi Allahın kitabının - Quranın nazil olduğu gecədir. 

İslam alimləri Qədr gecəsinin Ramazanın son 10 gününə təsadüf etdiyini vurğulayırlar. Bu Gecənin fəziləti haqqında Qurani-Kərimin “Qədr” surəsində ətraflı bəhs edilir. Hətta bu gecənin Allah qatında min aydan xeyirli olduğu vurğulanır.
 

Məhəmməd Peyğəmbər (s) buyurub: "Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində - ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın".

Qədr gecələrində müsəlmanların ayıq-sayıq qalıb ibadət etdiklərinə görə bu gecələrə həm də “əhya gecələri” deyilir. Qeyd edək ki, “əhya” – ərəb dilində oyaq, diri qalmaq mənasını daşıyır.

Peyğəmbər (s) həmin gecənin dəqiq vaxtını bizə söyləməyib. Bunda məqsəd yəqin ki, daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. 

Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.

Aprelin 10-u və 11-i Fitr bayramıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930