“Toylarda insanlara saxta içkilər təklif edilir” - FOTO

6-04-2024, 15:08 105 dəfə baxılıb

 “Toylarda görürük ki, məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Novruzəli Aslanov (Novruz Aslan) Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq: 

“Ən çox vergi ödəyən istehsalçılar məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930