“Azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır”

9-04-2024, 12:38 102 dəfə baxılıb

 Ermənistan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan məlumatları təkzib edib. 

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan DİN-in Mətbuat xidməti yayıb. 

Bildirilir ki, polis İrəvanda rusiyalı turisti onun üzərində narkotik maddə olması şübhəsi ilə saxlayıb. 

Polis bölməsinə aparılan həmin şəxsdə isə narkotik maddə aşkar edilməyib. Onun Ermənistana turist kimi səfər etdiyi məlum olub. 

Qeyd olunur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması barədə şayiələr yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930