Ramazandan sonra qidalanma necə olmalıdır?

10-04-2024, 15:19 75 dəfə baxılıb

 

Ramazan ayı boyunca oruc tutanların orqanizmi günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar məlumat verən həkim-terapevt Zakir Quliyev bildirib ki, normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır:

“Çünki orucluq vaxtı qidalanma rejimi dəyişdiyindən bədən yeni rejimə uyğunlaşmaqda çətinlik çəkir. Ona görə də Ramazandan sonra qidalanma saatları dəyişir və buna görə gündə üç dəfə qidalanmaq şərti ilə az-az yemək məsləhət görülür”.

Mütəxəssislər ürək-damar xəstəliklərindən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin qidalarına daha çox diqqət göstərməyi tövsiyə edirlər. Gündəlik qida rasionunda çoxlu maye və meyvə-tərəvəzə üstünlük verilməlidir.


Həkim-diyetoloq Sevinc Həsənzadə deyib:

“Xüsusilə tərkibi liflərlə zəngin olan tərəvəzlərlə qidalanmaq lazımdır. Nə qədər liflərlə zəngin qida qəbul edilsə, həzm sistemi o qədər yaxşı bərpa olunar. Təbii ki, həzmi yüngülləşdirmək üçün qida əlavələrindən, məsələn, probiotiklərdən, selen və maqneziumdan istifadə etmək lazımdır”.

Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Bundan başqa, yaxşı olar ki, yeməkdən ən azı 1-1,5 saat keçəndən sonra su, çay, şirə və qazlı sular qəbul edilsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930