Tofiq Yaqublu növbəti dəfə hakim qarşısına çıxdı

15-04-2024, 20:00 98 dəfə baxılıb

 

Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.

“Report” xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabr ayının 14-də saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031