Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu

17-04-2024, 13:09 73 dəfə baxılıb

 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli atasının ölümündən danışıb.

 "Azerinews.az"  xəbər verir ki, bu barədə o, sabiq deputatla vida mərasimində jurnalistlərə açıqlama verib.

 Mərhum siyasətçinin oğlu deyir ki, atası ağciyərində yaranan problemdən dünyasını dəyişib:

 “Həkimlərin verdiyi rəyə görə, ağciyərində tromb olub. Ürəyinə təsir edib. Qısa zamanda biz onu itirdik. Səhər saatlarında oyanıb, narahatlıq hiss edib, 30 dəqiqə içərisində vəfat edib. Kifayət qədər sağlam və gümrah idi. Gözlənilməz oldu. Biz bunu gözləmirdik. İnana bilmirik. O, bizim üçün hər zaman örnək olub. COVID-19-un fəsadları ola bilər ki, üzə verdi. Onun itkisinə inana bilmirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930