Bakıda itkin düşən naftalanlı gənc tapıldı - YENİLƏNİB

22-04-2024, 12:28 122 dəfə baxılıb

Bakıya işləməyə gəlib itkin düşən, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov tapılıb.

"Azerinews.az" xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin Bakı şəhərində olduğu müəyyən edilib.

10:46

Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov dörd ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi onun barəsində heç bir xəbər ala bilməyib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022) 352-31-15 şəhər və (050) 664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031