Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?

10-05-2024, 17:30 141 dəfə baxılıb

 

Tanınmış aparıcı Aytən Səfərovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Yayılan məlumatlarda istintaq davam etdiyi üçün aparıcının işə geri dönməsinin məqbul sayılmadığı, onun işdən çıxarıldığı iddia olunub.

Məlumata görə, Aytən Səfərova işdən çıxarılmayıb. Hazırda işdə olmamasının səbəbi səhhəti ilə bağlıdır. 

“Xəstəxanadan çıxsa da, müəyyən ağrıları var və ev şəraitində müalicəsini davam etdirir. Səhhəti normallaşan kimi işinin başında olacaq”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Aytən Səfərova aprelin 17-də, saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qəzaya düşüb.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031