Ölüm xəbəri yayılan şoumenin səhhəti ilə bağlı AÇIQLAMA

11-05-2024, 13:12 138 dəfə baxılıb

 

Vəfat etdiyi deyilən tədbir aparıcısı, şoumen Murad Muradovun səhhəti ilə bağlı vəziyyət açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  bildirilib ki, ​hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:

“Mayın 6-sı saat 07:50-də 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib. Xəstəyə sol orta beyin arteriyasında işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.


Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, 38 yaşlı M.Muradov 5 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib. O, bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. Eyni zamanda gənc yazıçı kimi də tanınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031