“Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO

13-05-2024, 10:39 122 dəfə baxılıb

 

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib. 

"Azerinews.az" xəbər verir ki, yanğınla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara görə, yanğın bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində yerləşən mebel mağazalarından birinin anbarında başlayıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “Sədərək” ticarət mərkəzi ərazsində yanğın olması barədə nazirliyin “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb.

“Sosial şəbəkədə yanğın barədə yayılan görüntülərlə bağlı nazirliyin qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən ticarət mərkəzində hər hansı yanğln hadisəsi baş vermədiyi aydın olub”, - deyə qurumdan bildirilib.

Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırdığı məlum olub.

Hadisə yerindən görüntüləri təqdim edirik:








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930