Nazirliyin cərimələdiyi mərkəzin direktoru məhkəməyə üz tutdu

13-05-2024, 15:20 96 dəfə baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirovu cərimələyib. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, direktora İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə cərimə yazılıb. 

Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

Elçin Əmirova 2000 manat cərimə yazıldığı iddia olunur. Direktor qərardan narazı qalaraq məhkəməyə müraciət edib. Onun şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Mayın 20-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. 

Elçin Əmirov 2021-ci ildən Bakı Baş Səhiyyə Mərkəzinə rəhbərlik edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930