10 il həbs cəzası alan general hökmdən narazıdır

15-05-2024, 15:06 167 dəfə baxılıb

 

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin 10 il həbs cəzası verilmiş sabiq rəisi general-mayor Tofiq Həsənov barəsindəki hökmdən narazıdır.

“Azerinews.az”ın məlumatına görə, general artıq hökmdən apellyasiya şikayəti verib.

T.Həsənov şikayət ərizəsində ağır cinayətdə təqsirli bilindiyi hökmün ləğv edilməsini xahiş edir.

Şikayətə Naxçıvan Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Həsənov mənimsəmədə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun general rütbəsindən, medal və təltiflərdən məhrum edilməsi ilə bağlı müvafiq orqana təqdimat göndərilməsi haqda qərar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930