Bu il peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb

20-05-2024, 13:18 105 dəfə baxılıb

 

Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb, birinin isə işi prokurorluqdadır.

"Azerinews.az"Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb.

Belə ki, bir nəfərə şiddətli töhmət, dörd nəfərə töhmət verilib. İki nəfərə şifahi, üç nəfərə yazılı xəbərdarlıq edilib. Bir nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031