"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tabeliyindəki "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
"Report" xəbər verir ki, bu, Məzahir Piriyevdir.
O, şirkətin rəhbərliyində Sirac Səfərovu əvəz edib.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.