Sabiq tabor komandiri həbs edildi

22-05-2024, 12:51 114 dəfə baxılıb

 Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

“Azerinews.az”ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrlik etdiyi məhkəmə heyəti belə hökm çıxarıb.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Əliyev məhkəmə zalında həbs edilib. 

Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə, eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilmişdi. Məhkəmə həmin maddəni ittihamdan xaric edib.

Qeyd edək ki, E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031