Bakı metrosunun vaqonları rənglənəcək

23-05-2024, 14:57 118 dəfə baxılıb

 Bakı metrosunun bəzi vaqonları rənglənəcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı metropolitenin elan etdiyi tender başa çatıb.

Belə ki, istismarda olan metro vaqonlarının qumla təmizlənməsi, antipas boya ilə və ikiqat akril boya ilə rənglənməsi, eləcə də, tam yığılması işləri aparılacaq.

"Bakı Metropoliteni" sözügedən işlərin həyata keçirilməsini "YURD.MR" şirkətinə həvalə edib.

Qeyd olunan işlərin reallaşdırılması ilə əlaqədar olaraq, metro ilə şirkət arasında 2 112 500,12 manat dəyərində müqavilə bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031