Tut yemək üçün ağaca çıxan qızı cərəyan vurub öldürdü

24-05-2024, 11:12 135 dəfə baxılıb


 Ötən gün Cəlilabadda tut yemək üçün ağaca çıxarkən elektrik cərəyanının vuraraq öldürdüyü Zəhra Niftiyeva 5-ci sinif şagirdi olub.

"Azerinews.az"  xəbər verir ki, o, rayonun Ə.Həsənov adına Günəşli kənd 2 saylı tam orta məktəbində təhsil alırmış.

11 yaşlı Zəhranın fotosunu təqdim edirik:

Qeyd edək ki, mərhum ailədə üç bacı və bir qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB də açıqlama verib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25-də 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031