Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər cəzalandırıldılar

29-05-2024, 18:30 18 dəfə baxılıb

 

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunublar.

"Azerinews.az"  xəbər verir ki, S.Mustafayev, İ.Hüseynov, F.Qasımov və E.Bəşirov idarə etdikləri avtomobillərlə yol-hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar.

Yoxlamalar zamanı onların narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan müayinədən keçiriliblər. Müayinənin də nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031