Bakının bəzi yolları beş gün bağlı olacaq

25-06-2024, 16:11 240 dəfə baxılıb

 Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-nə qədər nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) qismən məhdudlaşdırılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb.

Məlumata görə, Afiyyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib.

Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930