Xızıda 18 yaşlı qız itkin düşüb

1-07-2024, 13:32 128 dəfə baxılıb

 

Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Boyu təxminən 164 santimetr, gözlərinin rəngi qəhvəyi olan kök bədən quruluşlu, hicablı qız evdən çıxarkən əynində göy rəngli uzun paltar və üzərində isə qara rəngli əl çantası olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" çağrı mərkəzinə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031